Xaçmaz şəhər sakini bıçaqlanıb
04 iyun 2012 14:02 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə iyunun 4-də saat 01:20 radələrində Xaçmaz şəhərinin Vaqif küçəsində qeydə alınıb. Bir bıçaq zərbəsi alan 1984-cü il təvəllüdlü Qəribxanov Telman Altay oğlu dostlarının köməyi ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirilib. Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat olunub.
Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu bildirir. İlkin ehtimallara görə, T. Qəribxanovu bıçaqlayan şəxs onun qohumudur. Faktla bağlı cinayət iş açılıb.
Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu bildirir. İlkin ehtimallara görə, T. Qəribxanovu bıçaqlayan şəxs onun qohumudur. Faktla bağlı cinayət iş açılıb.