Azərbaycanda avtomobil at arabası ilə toqquşub, ikisi azyaşlı olmaqla, dörd nəfər yaralanıb
28 iyun 2012 06:34 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, Aşağı Ləgər kənd sakini, 44 yaşlı Qüdrət Qazıxanovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil at arabasına çırpılıb.
Nəticədə Qüdrət Qazıxanov, onun at arabasında olan həmkəndlisi Dilbazi Quliyeva, Dilbazi Quliyevanın iki azyaşlı övladı - 3 yaşlı Rasim və 1 yaşlı Gülxanım xəsarət alıblar.
Yaralılar Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Q. Qazıxanov və D. Quliyevanın ağır kəllə-beyin travması aldığı bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.