Bakıda yaşayış binasında baş verən partlayışda xəsarət almış şəxslərdən biri dünyasını dəyişib
23 iyul 2012 09:23 (UTC +04:00)
Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kvadratmetr olan dördotaqlı mənzilin yataq otağında təmir işləri aparılan zaman partlayış baş verib. Nəticədə, yüksək temperaturdan 0,5 kvadratmetr sahədə döşəmə və 1 ədəd “Mitsubishi” markalı kondisioner qarsalanıb, pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanmış 2 ədəd minik avtomobilinin üstünə düşüb. Həmin mənzildə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan biri - 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev aldığı xəsarətdən xəstəxanada ölüb.
İlkin ehtimala görə, partlayışa texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə
FHN 1 saylı Gəncə regional "ASAN xidmət"də mülki müdafiə məşqi keçirib
09:43
17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
08:24
17 may 2024
Hacıqabulda maşın bağçaya çırpılıb, ölən və yaralanan var
05:10
17 may 2024
Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:05
17 may 2024