Bank Of Baku

Hüquq Maarifçiliyi Cəmiyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb

Hüquq Maarifçiliyi Cəmiyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb
# 18 dekabr 2006 14:29 (UTC +04:00)
Hüquq Maarifçiliyi Cəmiyyəti cari ilin iyul-oktyabr aylarında məhkəmələrin fəaliyyətinin monitorinqini aparıb. Hüquq Maarifçiliyi Cəmiyyətindən APA-ya verilən məlumata görə, hesabat Apellyasiya, Ali və İqtisad məhkəmələri, Siyəzən, Masallı, Lənkəran, Şamaxı, Qazax, Tovuz, Ağstafa, Gəncənin Nizami və Kəpəz rayon məhkəmələri, Bakının 9 rayon məhkəməsi (Nizami, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Nəsimi, Səbail, Nərimanov, Yasamal rayon məhkəmələri) üzrə 250-dən çox proseslə bağlı aparılan müşahidələrin nəticəsində hazırlanıb. Hesabat ədalətli məhkəmə araşdırması hüququnun müxtəlif aspektlərini, o cümlədən media, birləşmək, azad seçki, mülkiyyət və digər hüquq və azadlıqlarla bağlı proseslərin ədalətlilik standartlarına nə dərəcədə cavab verməsinin vəziyyətini əks etdirir. Hesabatda qeyd olunur ki, ötən dövrdə olduğu kimi, yenə də bəzi məhkəmələrdə müşahidəçilərin sərbəst monitorinq aparmalarına imkan verilməyib. Əksər məhkəmələrdə proseslərin vaxtı haqqında məlumatı əks etdirən lövhələr olmayıb. Müşahidələr zamanı əksər proseslərin təyin olunan vaxtda başlamadığı müəyyənləşib. Hesabatda bildirilir ki, hakimlər əksər vaxtlarda prosesləri məhkəmə zalında deyil, öz xidməti otaqlarında keçirirlər. Bunun səbəblərindən biri texniki məsələlərlə bağlıdır. Belə ki, məhkəmə binalarında zallar azdır, hakimlər bir neçə, onların iş yükü həddən artıq olduğundan bütün prosesləri iclas zalında keçirmək mümkün deyil. Müşahidələr zamanı məhkəmə proseslərinin qapalı keçirilməsi hallarına da rast gəlinib. Həmçinin məhkəmə tərkibinin müşavirədən qayıdarkən bir neçə iş üzrə qəbul etdiyi qətnaməni eyni iclasda elan etməsi də nöqsan kimi qiymətləndirilib. Monitorinq zamanı proseslərdə təqsirsizlik prezumpsiyasının pozulması, çəkişmə prinsipi və digər prinsiplərin pozulduğu müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR