Bank Of Baku

“Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlar naməlum şəxslərin hücumuna məruz qalıb

“Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlar naməlum şəxslərin hücumuna məruz qalıb
# 25 dekabr 2006 13:41 (UTC +04:00)
Bu gün “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlar naməlum şəxslərin hücumuna məruz qalıb. Bu barədə APA-ya məlumat verən qəzetin direktoru Azər Əhmədov bildirib ki, jurnalist dünən Nəsimi rayonu, 4 mikrorayon ərazisində kirayə mənzilə köçüb. Bu gün saat 11.30 radələrində evdən işə gələrkən dörd nəfər onu döyüb. Naməlum şəxslər jurnalistin müqavimət göstərməsinə imkan verməyiblər. Onlar N. Dağlara ağır xəsarət yetiriblər. Aralarından biri əlindəki bıçaqla jurnalistin qarın nahiyəsinə vurub: “Xoşbəxtlikdən Nicat Dağlar əynində dəri gödəkçə olub. Buna görə bıçaq onun qarnına batmayıb, sadəcə, bədənini cızıb. Hazırda Nicat xəstəxanadadır, müayinə olunur. İlkin rəyə görə, onun daxili orqanları ciddi zədələnib”. A. Əhmədov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov və mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladığını, hadisə ilə bağlı onlara məlumat verdiyini deyib: “Hadisə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin ərazisində olub. Əlaqə saxladığım şəxslər bu barədə sözügedən bölməyə xəbər verəcəklər”. E. Zahidov isə APA-ya bildirib ki, zərərçəkənlər bu barədə ərazi polis bölməsinə müraciət etməlidir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR