Bank Of Baku

Bakı şəhəri üzrə Təhsil İdarəsi ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərən orta məktəblərdə yoxlama aparacaq

Bakı şəhəri üzrə Təhsil İdarəsi ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərən orta məktəblərdə yoxlama aparacaq
# 25 dekabr 2006 13:44 (UTC +04:00)
Yanvarın 12-də Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə 2006-2007-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının nəticələrini müzakirə edəcək. Müzakirələrə Bakıdakı 300-dən çox orta məktəbin direktoru da qatılacaq. Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov APA-ya açıqlamasında bildirib ki, yığıncaqda attestat qiymətləri yüksək olan orta məktəb məzunlarının qəbul imtahanları zamanı aşağı bal toplamasının səbəbləri, 2006-2007-ci tədris ilinə qəbul imtahanlarında 0-200 bal toplayan abituriyentlərin bütün imtahan verənlərin 40%-ni təşkil etməsi məsələsi müzakirə olunacaq, qəbul imtahanlarında zəif və yüksək nəticə göstərən orta məktəblər müəyyənləşdiriləcək. M. Bayramovun sözlərinə görə, məzunu ali məktəblərə daha az qəbul olunan məktəblərdə bunun səbəbini aydınlaşdırmaq üçün monitorinq keçiriləcək və araşdırmaların nəticəsindən asılı olaraq məktəb direktorlarına qarşı inzibati tədbir görüləcək.
Qeyd edək ki, hazırda Bakıda 323 orta məktəb var. Onlardan 307-si ümumtəhsil məktəbi, qalanları isə internatlar və xüsusi məktəblərdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR