Bank Of Baku

Bakıdakı orta məktəblərin 30%-nin istilik sistemi yoxdur

Bakıdakı orta məktəblərin 30%-nin istilik sistemi yoxdur
# 25 dekabr 2006 13:49 (UTC +04:00)
Hazırda Bakıdakı orta məktəblərin 60 faizində istilik sistemi var. Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramovun APA-ya verdiyi məlumata görə, həmin məktəblər “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş istilik sistemi ilə isidilir. Qalan 10% məktəb öz qazanxanaları və elektrik sobaları ilə qızdırılır. Məktəblərin 30%-nin isə müxtəlif səbəblərdən hələ də istilik sistemi yoxdur. M. Bayramov deyib ki, həmin məktəblərin istiliklə təchiz edilməməsinin əsas səbəbi onların daxili istilik sistemlərinin normal vəziyyətdə olmamasıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR