Bank Of Baku

Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgər Vüsal Seyidov komadan ayılıb

Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgər Vüsal Seyidov komadan ayılıb
# 26 dekabr 2006 14:03 (UTC +04:00)
Dekabrın 16-da Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgər Vüsal Seyidov bu gün komadan ayılıb və günorta saatlarında Müdafiə Nazirliyinin Bakıdakı Mərkəzi Klinik Hospitalına gətirilib. APA-nın hospitalın qəbul şöbəsindən əldə etdiyi məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilmiş yaralı əsgərin vəziyyəti hələ də ağır olaraq qalır, onun yanına heç kim buraxılmır.
Qeyd edək ki, Şəki şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Fuad Həsənovun dekabrın 16-da AK-74 markalı avtomatdan açıldığı atəş nəticəsində əsgər Ceyhun Mikayılov (Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Elçin Məmmədov, Vüqar Məmmədov (Bakıdan hərbi xidmətə çağırılıblar) və Vüsal Seyidov (Ağdam Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb) yaralanıb. Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilən əsgər C.Mikayılov aldığı xəsarətdən hospitalda keçinib. F.Həsənov barəsində isə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə başlanmış cinayət işi Gəncə şəhər Hərbi Prokurorluğundan alınaraq Respublika Hərbi Prokurorluğuna verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR