Bank Of Baku

Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli: “Yeni tikililərdə qanunsuz kabel yayımı həyata keçirənlər cəzalandırılacaq”

Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli: “Yeni tikililərdə qanunsuz kabel yayımı həyata keçirənlər cəzalandırılacaq”
# 26 dekabr 2006 14:11 (UTC +04:00)
“Yeni tikililərdə qanunsuz kabel yayımı ilə məşğul olanların sayı durmadan artır və bunların qarşısını almaq üçün Daxili İşlər Nazirliyi, yerli icra strukturları ilə birgə tədbirlər həyata keçiriləcək. Belə faktlar aşkarlanan zaman həmin şirkətin rəhbərliyi cəzalandırılacaq”. APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N.Məhərrəmli bildirib ki, yeni tikililərdə qanunsuz olaraq kabel yayımının həyata keçirilməsi bu sahədə sağlam rəqabətə mənfi təsir göstərir: “Bu məsələni məhkəməyə qədər lazım olsa, həll edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR