Bank Of Baku

Yaponiya 1993-2006-cı illərdə Azərbaycana 717,68 milyon dollar məbləğində texniki yardım ayırıb

Yaponiya 1993-2006-cı illərdə Azərbaycana 717,68 milyon dollar məbləğində texniki yardım ayırıb
# 26 dekabr 2006 14:39 (UTC +04:00)
Yaponiya 1993-2006-cı illərdə Azərbaycana 717,68 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu məbləğin 10,199 milyon dolları “Ot kökləri və insan təhlükəsizliyi” humanitar proqramının payına düşüb. Mədəniyyət fəaliyyəti üçün verilən yardım 1,95 milyon ABŞ dolları məbləğində olub. Yaponiya hökumətinin Azərbaycana ərzaq yardımı 4,69 milyon dollar, digər beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilən yardımlar isə 28,26 milyon dollar təşkil edib. İqtisadi strukturun tənzimlənməsinə 3,09 milyon dollar, fövqəladə hallar üzrə 1,44 milyon dollar, ərzaq məhsullarının istehsalının artırılması üçün 23,68 milyon dollar, doğum və körpələr evlərinin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılmasına 4,30 milyon dollar sərf olunub. Texniki yardımın 3,54 milyon dolları Azərbaycanın avtomobil yollarının təmiri, 3,85 milyon dolları bərpa mərkəzlərinin avadanlıqları üçün ayrılıb. Suvarma və meliorasiya avadanlıqlarına 5,11 milyon dollar, Müşfiq qəsəbəsindəki yarımstansiyanın təkmilləşdirilməsinə 8 milyon dollar, rəsmi inkişafa yardım üçün isə 620 milyon ABŞ dolları sərf olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR