Bank Of Baku

“Mədəni hüquqların və mədəni irsin qorunmasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

“Mədəni hüquqların və mədəni irsin qorunmasında əməkdaşlıq perspektivləri” mövzusunda  dəyirmi masa keçirilib
# 26 dekabr 2006 14:48 (UTC +04:00)
Ombudsman Aparatı ilə Mədəniyyət və Turizm Nazirliyi “Mədəni hüquqların və mədəni irsin qorunmasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçiriblər. APA-nın məlumatına görə, dövlət orqanlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin də qatıldığı tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, son illər insan hüquqlarının qorunması, o cümlədən mədəni hüquqların təmin edilməsi sahəsində islahatlar aparılır. E. Süleymanova müasir cəmiyyətdə davamlı inkişafın həm də mədəni hüquqların gerçəkləşməsi ilə sıx bağlı olduğunu deyib. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev isə “Mədəni hüquqların təminatı demokratiyanın əsası kimi” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, ölkəmizdə milli-mədəni inkişaf konsepsiyası uğurla həyata keçirilir. Toplantıda Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, təhsil nazirinin müavini Elmar Qasımov da müxtəlif mövzularda məruzə ilə çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR