Bank Of Baku

Mərdəkanda əsaslı şəkildə təmir olunmuş 17 saylı Uşaq Musiqi Məktəbinin açılış mərasimi keçirilib

Mərdəkanda əsaslı şəkildə təmir olunmuş 17 saylı Uşaq Musiqi Məktəbinin açılış mərasimi keçirilib
# 26 dekabr 2006 15:02 (UTC +04:00)
Bu gün Mərdəkan qəsəbəsində əsaslı şəkildə təmir olunmuş 17 saylı Uşaq Musiqi Məktəbinin açılış mərasimi keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev məlumat verib. Y. Əliyev məktəbin təmiri ilə bağlı maliyyə xərclərini Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyini bildirib. Şöbə müdirinin sözlərinə görə, məktəbdə ayrı-ayrı musiqi ixtisasları üzrə şagirdlər təhsil alacaqlar. Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 4 musiqi və incəsənət məktəbinin əsaslı təmir edilərək istifadəyə verildiyini deyən şöbə müdiri qeyd edib ki, gələn ilin əvvəllərində də Hövsanda yerləşən 37 saylı Musiqi Məktəbinin təmir edilərək şagirdlərin ixtiyarına veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR