Bank Of Baku

İstanbulda ermənilərin Türkiyə və Azərbaycanda törətdikləri vəhşiliklərlə bağlı sərgi açılıb

İstanbulda ermənilərin Türkiyə və Azərbaycanda törətdikləri vəhşiliklərlə bağlı sərgi açılıb
# 26 dekabr 2006 15:02 (UTC +04:00)
İstanbul şəhərinin Tuzla Mədəniyyət Sarayında ermənilərin Türkiyə və Azərbaycanda törətdikləri vəhşiliklərlə bağlı “Soyqırım yalanının cansız şahidləri” adlı sərgi açılıb. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. S. Aran bildirib ki, sərgidə ermənilərin Azərbaycan və Türkiyədə törətdiyi soyqırımlarla bağlı fotolar nümayiş etdirilib. Sərgidə həmçinin Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun Xocalı soyqırımı ilə bağlı təqdim etdiyi 17 dəqiqəlik görüntü nümayiş etdirilib. Tədbirdə çıxış edən S. Aran Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisi tərəfindən tanınmasını istəyib. Sərgi bir həftə davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR