Bank Of Baku

Apellyasiya Məhkəməsində sabiq həbsxana rəislərinin şikayəti üzrə proses keçirilib

Apellyasiya Məhkəməsində sabiq həbsxana rəislərinin şikayəti üzrə proses keçirilib
# 26 dekabr 2006 15:15 (UTC +04:00)
Bu gün Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsinin 7 sabiq əməkdaşı barəsindəki məhkəmə hökmündən verilən şikayət üzrə proses keçirilib. Apellyasiya Məhkəməsindən APA-ya bildirilib ki, prosesdə təqsirləndirilənlərin vəkilləri çıxış edib. Dekabrın 29-da isə məhkəmə prosesi davam etdiriləcək.
Xatırladaq ki, təqsirləndirilənlər sırasında 7 saylı cəza çəkmə müəssisəsinin sabiq rəisi Salman Nəcəfov və Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyev, müəssisənin digər vəzifəli şəxsləri Səlahəddin Şirinov, Xəqani Nəbiyev, Elşad Quliyev, Yadigar Qurbanov, Vəli Vəliyev və Xəqani Həşimov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), 314.2-ci (səhlənkarlıq), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə məsuliyyətə cəlb olunublar. Həmin şəxslər 7 saylı cəza çəkmə müəssisəsində cəza çəkən 20-yə yaxın məhkumun saxta sənədlərlə qanunsuz olaraq azadlığa buraxılmasında iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR