Bank Of Baku

DİN Eynulla Fətullayevə kəsilmiş 15 000 dollar cərimənin bağışlanması barədə informasiyaları təkzib edib

DİN Eynulla Fətullayevə kəsilmiş 15 000 dollar cərimənin bağışlanması barədə informasiyaları təkzib edib
# 26 dekabr 2006 17:05 (UTC +04:00)
“Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı Yasamal Rayon Məhkəməsi tərəfində mülki iddia ilə kəsilmiş 15 min ABŞ dolları məbləğində cərimənin daxili işlər naziri tərəfindən bağışlanması barədə onun mətbuata verdiyi informasiya həqiqətə uyğun deyil. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, E.Fətullayev tərəfindən məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti verilməyib: “Lakin səmimi etirafını, gələcəkdə daxili işlər orqanlarının fəaliyyəti barədə yalnız obyektiv məqalələr hazırlayacağı barədə çıxışının və daxili işlər nazirinin nümayəndələrinin razılığını nəzərə alaraq apellyasiya məhkəməsi onun cəzasını 2 ildən 1 ilədək azaldıb”. Qeyd edək ki, E. Fətullayev baş redaktoru olduğu “Realnıy Azərbaycan” qəzetindəki məqalələrində Ramil Usubovu təhqir etdiyinə görə, Yasamal Rayon Məhkəməsi ona 2 il şərti cəza çəkib. Bu il dekabrın 22-də E. Fətullayevin apellyasiya şikayətinə baxılaraq cəza 2 ildən 1 ilə endirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR