Bank Of Baku

Zaqatalanın Kebeloba kəndində Mədəniyyət Evinin və orta məktəbin açılışı olub

Zaqatalanın Kebeloba kəndində Mədəniyyət Evinin və orta məktəbin açılışı olub
# 27 dekabr 2006 08:23 (UTC +04:00)
Zaqatala rayonunun Kebeloba kəndində Mədəniyyət Evinin və orta məktəbin açılış mərasimi keçirilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yararsız vəziyyətdə olan Kebeloba kənd Mədəniyyət Evində bərpa və əsaslı təmir işləri aparılıb, orta məktəb isə əsaslı təmir olunub. Bərpa və təmir işləri rayonun daxili imkanları hesabına həyata keçirilib. Açılış mərasimində rayon İcra Hakimiyyətinin, müvafiq idarə və təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Mədəniyyət Evinə 60 stul, orta məktəbə isə 2 ədəd kompüter hədiyyə etdiklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR