Bank Of Baku

Naxçıvan Dövlət Universitetində dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 110 illiyi keçirilib

Naxçıvan Dövlət Universitetində dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 110 illiyi keçirilib
# 27 dekabr 2006 08:58 (UTC +04:00)
Naxçıvan Dövlət Universitetində (NDU) dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 110 illiyi keçirilib. NDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin rektoru İsa Həbibbəyli Ə. Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. Rektor Ə. Əliyevin yüksək səviyyəli dövlət xadimi, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin əvvəllərində Dağıstanın birinci katibi olduğunu deyib. İ. Həbibbəyli tələbələrə Ə. Əliyev kimi insanları xatırlamağı, onların xidmətlərini qiymətləndirməyi və zəngin fəaliyyətlərindən nümunə götürməyi tövsiyə edib. Universitetin tibb fakültəsinin dekanı Bəhruz Məmmədov “Görkəmli elm xadimi Əziz Əliyevin həyatı və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Ə. Əliyevin Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən, əhalinin sağlamlığının mühafizəsində əsasını qoyduğu yeni sistemdən, tibb institutu və Azərbaycan Dövlət Universitetinin rektoru olduğu dövrdə elmi nailiyyətlərindən danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR