Bank Of Baku

Kanadada Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirib

Kanadada Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirib
# 27 dekabr 2006 08:59 (UTC +04:00)
Kanada Azərbaycan Dərnəkləri Federasiyası 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Toronto şəhərindəki “York Ù‹Woods” Teatr salonunda böyük bir tədbir keçirib. Təşkilatdan APA-ya daxil olan məlumata görə, tədbirdə Ontarionun ictimai əlaqələr naziri Monte Kuinter, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yasmin Ratansi, Azərbaycanın Kanadadakı fəxri səfiri Fəxrəddin Qurbanov, Kanada Türk Federasiyasının başqanı Nədim Dənizli, Kanada Gürcüstan Fondunun Prezidenti Kərim Əmirov, digər dərnək və təşkilatların rəhbərləri iştirak edib. Mərasimdə İpək Yolu Simfonik Orkestri maestro İsmayıl Hacıyevin rəhbərliyi altında Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası, Qara Qarayev, Cövdət Hacıyev və digərlərinin əsərlərini səsləndirib. Konsertdə Türkiyə, Ukrayna, Cin, Gürcüstan, Koreya, Bolqarıstan, İsrail və digər dövlətlərin Kanadadakı diaspora təşkilatlarının nümayəndələri fəal iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR