Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib
# 27 dekabr 2006 09:11 (UTC +04:00)
Dekabrın 26-da axşam saat 18.30 radələrində Lənkəran-Boradigah avtomobil yolunun 15-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Şağlaser kənd sakini, 1978-ci il təvəllüdlü Arzuman Məmmədqulu oğlu Nəcəfov idarə etdiyi “VAZ-2107” markalı 10 KC 858 dövlət nömrə nişanlı “Jiquli” avtomaşını ilə piyada həmkəndlisi, 1981-ci il təvəllüdlü Ramin Mehrəli oğlu Fərzullayevi vurub. Nəticədə R. Fərzullayev çoxlu bədən xəsarəti və kəllə-beyin travması alıb. Zərərçəkəni təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yeli sakinlərin dediyinə görə, R.Fərzullayev epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Qəzaya səbəb də məhz elə onun yolu keçərkən müvazinətini itirməsi olub. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR