Bank Of Baku

Gəncə və ətraf rayonların səhiyyə idarələrinə 16 tibbi yardım maşını hədiyyə olunub

Gəncə və ətraf rayonların səhiyyə idarələrinə 16 tibbi yardım maşını hədiyyə olunub
# 27 dekabr 2006 10:54 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 16-dan 31-nə qədər davam edəcək “Səhiyyə günləri” çərçivəsində Gəncə şəhərində olub. APA-nın Qərb bürosunun məlumatına görə, O. Şirəliyev ilk olaraq Gəncədə Heydər Əliyev memorial kompleksini ziyarət edib, sonra şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla birgə 3 nömrəli Təcili Tibbi Yardım xəstəxanasının nəzdində yaradılmış Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Gəncə regional məntəqəsinin açılışında iştirak edib. İcra Hakimiyyətinin binası qarşısında 16 tibbi yardım maşınının açarlarının şəhər və rayonların səhiyyə idarələrinin rəhbərlərinə təqdim edilməsi mərasimi keçirilib. Maşınlardan 4-ü Gəncə şəhər Səhiyyə İdarəsinə, 3-ü Daşkəsən rayon Səhiyyə İdarəsinə hədiyyə olunub. Samux, Goranboy, Gədəbəy, Kəlbəcər, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Xanlar rayon səhiyyə idarələrinin hərəsinə 1 maşın verilib. Səfərinin sonunda Oqtay Şirəliyev İcra Hakimiyyətinin akt zalında Gəncə şəhəri və ətraf rayonların səhiyyə idarələrinin rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirib. Nazir müşavirədə əhaliyə göstərilən tibbi xidmətin vəziyyətinin təhlili və səhiyyənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi mövzusunda çıxış edib. Daha sonra O. Şirəliyev Yevlaxa yola düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR