Bank Of Baku

Akif Muradverdiyevin apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb

Akif Muradverdiyevin apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb
# 27 dekabr 2006 10:55 (UTC +04:00)
Bu barədə APA-ya Apellyasiya Məhkəməsindən məlumat verilib. Məhkəmədən bildirilib ki, hakim Qayıl Məmmədovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasının səbəbi A. Muradverdiyevin ilkin məhkəmə baxışının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verməsidir. Belə ki, A. Muradverdiyev işə apellyasiya instansiyasında məhkəmə istintaqının aparılması ilə baxılmasını istəyib. Məhkəmə isə istintaq aparılmadan şikayətə baxılması barədə qərar qəbul edib. Buna görə təqsirləndirilən şəxs kassasiya şikayəti verib. Qanunvericiliyə əsasən, şikayət üzrə Ali Məhkəmənin qərarı olmadan apellyasiya şikayətinə baxıla bilməz. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə A. Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. A. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28.220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir. Hazırda A. Muradverdiyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR