Bank Of Baku

Bir qrup ziyalı millət vəkili Cəmil Həsənli ilə bağlı prezidentə və parlament sədrinə müraciət ünvanlayıb

Bir qrup ziyalı millət vəkili Cəmil Həsənli ilə bağlı prezidentə və parlament sədrinə müraciət ünvanlayıb
# 27 dekabr 2006 11:07 (UTC +04:00)
Müəllimlərin APA-ya daxil olan müraciətində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Cəmil Həsənlinin müdafiə etdiyi şəxsin sağlamlıq durumu ilə bağlı həqiqətə söykənməyən bəyanatlarla çıxış etdiyi qeyd olunub: “Cəmil Həsənli Fərhad Əliyevin tibbi müayinələrdən və ekspertizalardan keçirilməsi prosesi üzrə təşkil olunan mütəxəssis komissiyalarına cəlb olunmuş, səhiyyə sahəsindəki böyük təcrübələri, elmi tədqiqatları ilə hətta beynəlxalq aləmdə nüfuz qazanmış görkəmli alimlərimizin ünvanına əsassız, böhtan və təhqir kampaniyasına başlayıb. Biz səhiyyə və tibb işçiləri vətəndaşlarımıza, ümumən bütün insanlara münasibətdə onları siyasi baxışlarına, əqidəsinə, tutduğu mövqeyinə görə heç vaxt fərqləndirməmişik. Hər bir insanın sağlamlığının keşiyində durmaq və bütün zəruri bilik və bacarığımızı əsirgəməmək ən ali məqsədimizdir. Hətta tibbi yardıma ehtiyacı olanın düşmən belə bilsək, yenə onun sağlamlığı üçün əlimizdən gələni əsirgəmərik. Çünki biz insanlıq, bəşəriyyət qarşısında məsuliyyət daşıyırıq.
Cəmil Həsənli alim, tarixşünas olmasına baxmayaraq, çıxışlarında Fərhad Əliyevi müayinə etmiş görkəmli alimlərimizin, tanınmış ziyalılarımızın rəylərinə inamsızlıq yaratmaq, onların nəticələrini şübhə altına qoymaq və ən nəhayət, peşə fəaliyyətlərinə kölgə salmaq yolunu seçib. Bu, bizi Azərbaycan bütün səhiyyə və tibb ictimaiyyətini çox hiddətləndirir, qəzəbləndirir. Bu, Azərbaycanın səhiyyə, tibb elmi, ümumiyyətlə alimlərinə ləkə yaxmaqdır. Biz buna qəti şəkildə öz etirazımızı bildirir və tələb edirik ki, millət vəkili Cəmil Həsənlinin bu cür məsuliyyətsiz çıxışlarına Milli Məclisin İntizam komissiyası lazımi qiymət versin”. Müraciəti imzalayanlar arasında tibb elmləri doktoru, professorlar N. Hümbətov, N. Quliyev, Ə. Musayev, R. Abdullayev, E. Məmmədbəyov, R. Rüstəmov, H. Soltanov, A. Hacıyev, A. Kərimov, B. Əsədov, Ə. Əkbərbəyov, N. Hüseynov, A. Xudiyev, S. Tağıyeva, Ə.Əhmədzadə, A. Maqsudov, F. Sərdarlı, S. Musayev, V. Verdiyev, A. Salehov, Ə. Həsənov, A. Baxşəliyev, və digərləri imzalayıblar. Müraciətləri ümumilikdə 42 ziyalı imzalayıb.
Millət vəkili Cəmil Həsənlidən müraciətə münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR