Bank Of Baku

Rəbiyyət Aslanova: “Ötən illə müqayisədə Azərbaycanda insan alveri qurbanlarının sayı dəyişməyib”

Rəbiyyət Aslanova: “Ötən illə müqayisədə Azərbaycanda insan alveri qurbanlarının sayı dəyişməyib”
# 27 dekabr 2006 11:13 (UTC +04:00)
Azərbaycanda insan alveri qurbanlarının sayı ötən illə müqayisədə dəyişməyib. Bu barədə APA-ya Milli Məclisin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verib. Onun sözlərinə görə, insan alveri qurbanlarının sayının eyni qalması olduqca təhlükəli tendensiyadır: “Bu gün insan alveri quldarlığın bir növünə çevrilib. İnsan alveri cəmiyyət üçün narkotik maddə alverindən daha təhlükəlidir”. Komissiya sədri deyib ki, dünyada adı insan alverində hallanan ölkələr üç qrupa bölünür. Birinci qrup ölkələr mənbə, ikinci qrup ölkələr tranzit, üçüncüsü isə istifadə olunan ölkələrdir: “Azərbaycan tranzit ölkələr sırasına daxildir. Ölkəmizin adı insan alverinin mövcud olduğu ölkələr sırasında hallanır. Biz hər şeyi hüquq normaları çərçivəsində həll etməyə çalışırıq, amma burada bir mənəvi məsuliyyət də var ki, bu məsələnin ağırlığı cəmiyyətin boynunda olmalıdır. Mən təəssüf edirəm ki, biz ictimai qınağı arxa plana çəkirik. Milli sahiblik hissi olmalıdır. Bu vəziyyət heç də imkansızlıqdan irəli gəlmir. Bəyən bütün imkansızlar çıxış yolunu Dubaya getməkdə görür?” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR