Bank Of Baku

Gənclərin 52%-i Qarabağ probleminin həllini müharibədə görür

Gənclərin 52%-i Qarabağ probleminin həllini müharibədə görür
# 27 dekabr 2006 11:35 (UTC +04:00)
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının gənclər arasında keçirdiyi “Gənclərdən xəbər” rəy sorğusunun nəticələri açıqlanıb. APA-nın məlumatına görə, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov bildirib ki, sorğu Azərbaycan gənclərinin siyasi-iqtisadi durumunun təhlili, gənclərin problemlərinin, maraqlarının, ictimai fikirlərinin və proseslərdə iştirak səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə keçirilib. Sorğu Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Quba, Qusar, Biləsuvar, Yevlax rayonlarında 1300 nəfər 16-35 yaşlı gənc arasında aparılıb. Məlum olub ki, gənclərin əsas problemləri işsizlik, təhsil və maddi xarakterli problemlərdir. Rəyi öyrənilən gənclərin 52%-i Qarabağ probleminin həllini müharibədə, 34%-i sülh danışıqlarında, 3%-i beynəlxalq təşkilatların tərəflərə təzyiqində görür. Respondentlərin 4%-i isə münaqişənin həllinə inanmır. F. Muradov bu tipli sorğuların hər il təkmilləşmiş şəkildə keçiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR