Bank Of Baku

Moskvadakı azərbaycanlı gənclər Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcəklər

Moskvadakı azərbaycanlı gənclər Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcəklər
# 27 dekabr 2006 11:40 (UTC +04:00)
Azərbaycan Gənclərinin Koordinasiya Şurası, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun azərbaycanlı tələbə və məzunlarını birləşdirən Azərbaycan Klubunun birgə təşkilatçılığı ilə Rusiya paytaxtında tədbir keçiriləcək. Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və Azərbaycan Gənclərinin Koordinasiya Şurasının yaradılmasının 2 illiyinə həsr olunub. Azərbaycan Gənclərinin Koordinasiya Şurasından APA-ya verilən məlumata görə, “Krokus City Mall” ticarət mərkəzində yerləşən “Tabu” klubunda keçiriləcək bayram mərasiminin iştirakçıları Azərbaycan musiqisini dinləyəcək və maraqlı əyləncəli nömrələrə tamaşa edəcəklər. Bilet satışından əldə olunan vəsait Moskvada infeksion xəstəliklər üzrə klinikaya yerləşdirilmiş azərbaycanlı uşaq Cavad Əzizovun müəlicəsinə sərf olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR