Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabit və gizirlərə ərzaq əvəzinə verilən pul kompensasiyası 3 dəfə artırılacaq

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabit və gizirlərə ərzaq əvəzinə verilən pul kompensasiyası 3 dəfə artırılacaq
# 27 dekabr 2006 12:36 (UTC +04:00)
Hərbi mənbələrdən APA-ya daxil olan məlumata görə, pul kompensasiyasının təxminən 70-80 manatadək artırılması nəzərdə tutulur. Artıq bununla bağlı hökumət layihə hazırlayır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya onlarda pul kompensasiyasının artırılması haqda məlumat olmadığı bildirilib.
Maliyyə Nazirliyinin hüquq mühafizə orqanlarının maliyyələşdirilməsi şöbəsinin müdiri İlham Zeynalov isə APA-ya açıqlamasında zabit və gizirlərə ərzaq əvəzinə veriləcək pul kompensasiyasının artırılacağı barədə məlumatı təsdiqləyib. Artımın hansı səviyyədə olacağını açıqlamayan İ.Zeynalov bunun gələn ilin əvvəllərində reallaşacağını deyib: “Bunun üçün büdcədən vəsait ayrılması da nəzərdə tutulub. Pul kompensasiyasının nə qədər artırılacağını indidən demək çətindir. Bu məsələ ilə bağlı hazırda müzakirələr aparılır”.
İ.Zeynalov 2007-ci ildə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra mühüm tədbirin həyata keçiriləcəyini də deyib. Onun sözlərinə görə, zabit və gizirlərin ərzaq payı əvəzinə, pul kompensasiyalarının artırılması, sığorta, eləcə də İpoteka ilə bağlı güzəştlərin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda zabit və gizirlər 1992-ci ildə təsdiq olunmuş normativə uyğun olaraq ərzaq əvəzinə 24 manat 75 qəpik məbləğində pul kompensasiyası alırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR