Bank Of Baku

Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb

Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb
# 27 dekabr 2006 12:38 (UTC +04:00)
Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsi (HMK) bəyanat yayıb. HMK-dan APA-ya daxil olan bəyanatda bildirir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında HMK-nın və vəkillərin istintaq təcridxanasında saxlanan keçmiş iqtisadi inkişaf naziri F.Əliyevin sağlamlıq durumu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verdiyini söyləyib: “Nazirlik yetkilisi Fərhad Əliyevin səhhətində ümumiyyətlə narahatçılıq doğuran heç bir problem olmadığını, onun sağlamlıq durumu ilə bağlı məsələnin qəsdən ortaya atıldığını bildirib. Arif Babayev dekabrın 16-da 12 tanınmış həkimin keçirdiyi konsiliumun nəticələrinə istinad edib. Biz keçmiş nazirin müayinə və müalicəsində iştirak etmiş həkimlərin peşəkarlığına, dərin savadına, uzunmüddətli təcrübələrinə şübhə etmirik. Ancaq dekabrın 16-da və ondan öncə keçirilən tibbi müayinələrin nəticələri haqda sənədlər nə Fərhad Əliyevin vəkillərinə, nə ailə üzvlərinə, nə də Müdafiə Komitəsinə təqdim edilib. Bundan başqa, sonuncu konsiliumun kardioloqun və vəkillərin iştirakı olmadan keçirilməsi təəccüb doğurur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR