Bank Of Baku

Polad Bülbüloğlu Moskvada səfərdə olan 23 saylı məktəbin şagird və müəllim heyəti ilə görüşüb

Polad Bülbüloğlu Moskvada səfərdə olan 23 saylı məktəbin şagird və müəllim heyəti ilə görüşüb
# 27 dekabr 2006 13:19 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu səfirliyin akt zalında Bakı şəhəri, 23 saylı orta məktəbin şagirdlərini və məktəbin direktoru İradə Rəhimovanı qəbul edib. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Görüşdə həmçinin 157 saylı Moskva mədəni etnik Azərbaycan komponentli məktəbinin şagirdləri və vaxtilə Bakının 23 saylı məktəbini bitirmiş və hal-hazırda Moskvada çalışan soydaşlarımız iştirak ediblər. Görüşdə Azərbaycanda mövcud ictimai-siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsi barədə çıxışlar səslənib, fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR