Bank Of Baku

Bərdədə Mərkəzi Uşaq Xəstəxanasının, Yevlaxda isə regional aviameydançanın açılışı olub

Bərdədə Mərkəzi Uşaq Xəstəxanasının, Yevlaxda isə regional aviameydançanın açılışı olub
# 27 dekabr 2006 13:22 (UTC +04:00)
Bərdə şəhərində Mərkəzi Uşaq Xəstəxanasının yeni binası istifadəyə verilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, xəstəxananın açılışında səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində inşa edilən müalicə müəssisəsi müasir tibbi avadanlıqlarla təchiz olunub. Layihənin ümumi dəyəri 2 milyard 700 milyon AZM-dir.
Səhiyyə naziri Yevlaxda regional aviameydançanın açılış mərasimində də iştirak edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-nın Qarabağ bürosuna bildirib ki, Səhiyyə Nazirliyi ilə “AZAL” Dövlət Konserni arasında bağlanan müqaviləyə əsasən bundan sonra Gəncəbasar, Qarabağ, Şirvan və Qax-Zaqatala bölgəsindən ən ağır xəstələrin qısa müddətdə paytaxta çatdırılması üçün vertolyotlardan istifadə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR