Bank Of Baku

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov Türkiyənin Qafqaz Universitetinə kompüter və texniki avadanlıqlar hədiyyə edib

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov Türkiyənin Qafqaz Universitetinə kompüter və texniki avadanlıqlar hədiyyə edib
# 27 dekabr 2006 13:23 (UTC +04:00)
Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov Türkiyənin Qafqaz Universitetinin Fənn Ədəbiyyatı fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” şöbəsində təhsil alan tələbələrlə görüşüb. APA-nın məlumatına görə, baş konsul tələbələrə kompüter, televizor və digər texniki avadanlıqlar hədiyyə edib. H. Zeynalov hələ bu ilin aprelində şöbədə tələbələrə dərs verən zaman konsulluğun tələbələrə dərs ləvazimatlarını verəcəyi barədə sözünü yerinə yetirdiyini deyib: “O vaxt tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri, ermənilərin türk xalqına qarşı həyata keçirdiyi soyqırımı haqqında məlumatları əhatə edən CD disklərini hədiyyə etmişəm. Ümummilli lider Heydər Əliyev də universitetə böyük əhəmiyyət verib. Universitetdə Heydər Əliyevə həsr olunan guşə açılacaq və orada ümummilli liderin keçdiyi ictimai-siyasi yol və Azərbaycan tarixi haqqında məlumatlar yer alacaq”. Baş konsula göstərdiyi diqqətə görə təşəkkürünü bildirən təhsil ocağının rektoru Abamüslüm Güvən Azərbaycandakı universitetlərlə daha sıx əlaqə quracağını vurğulayıb. A.Güvən Azərbaycan prezidenti İlham Əliyevi universitetə dəvət edəcəyini bildirib və Heydər Əliyev Fondu ilə əməkdaşlıq qurmaqda maraqlı olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR