Bank Of Baku

ARDNŞ qaçqınlara bayram sovqatı göndərib

ARDNŞ qaçqınlara bayram sovqatı göndərib
# 27 dekabr 2006 13:27 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Qurban bayramı və Yeni il münasibətilə Ağdam ərazisindəki yeni qəsəbələrdə məskunlaşmış məcburi köçkün ailələrinə bayram sovqatı göndərib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Dördyol-1, Dördyol-2 və Təzəkənd qəsəbələrində məskunlaşmış 1623 köçkün ailəsinə 86 min manat dəyərində bayram payı aparılıb. Hər ailəyə qənd, çay, un, ailə üzvlərinin sayından asılı olaraq toyuq əti və kərə yağından ibarət bayram bağlaması, 3 yaşından 8 yaşına qədər olan uşaqlara isə ayrıca Yeni il hədiyyələri verilib. Qeyd edək ki, Dövlət Neft Şirkəti sözügedən qəsəbələri himayəyə götürüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR