Bank Of Baku

Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin tərkibi dəyişib

Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin tərkibi dəyişib
# 29 dekabr 2006 15:29 (UTC +04:00)
Müstəqil Azərbaycan Universiteti (MAU) tələbələrinin təhsil hüquqlarının bərpa olunması üçün yaradılmış Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin tərkibində dəyişiklik baş verib. Bu barədə APA-ya komitənin üzvü Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, komitənin sədri Elnur Məmmədov, komitə üzvləri Xalid Qarayev və Aynur Qurbanova dərslərinin çox olmasını səbəb gətirərək komitədəki fəaliyyətlərini dayandırıblar. Bundan sonra Vüqar Süleymanov komitənin sədri, Hacı Ələsgərli və Etimad Budaqov isə üzv seçiliblər. Yeni tərkibdə ilk iclasını keçirən komitə üzvləri günün birinci yarısında aclıq aksiyasının dayandırılması ilə bağlı verilmiş qərarda dəyişiklik ediblər və Müsavat Partiyasının qərargahında yenidən aclıq aksiyası başlayıb. Amma tələbələr günün sonunda aksiyanı yenidən dayandırmalı olublar: “Müsavat Partiyasının deputatları günün sonunda aclıq etdiyimiz otaqlara gələrək, aksiyanı təcili olaraq dayandırmağımızı təkid etdilər. Onlar Qurban bayramı günlərində aclıq aksiyasının keçirilməsinin günah olduğunu bildirdilər. Biz həm bayramları, həm də bu müddətdə mətbuatın işləməyəcəyini nəzərə alıb aksiyanı yanvarın 8-nə kimi dayandırmışıq”. V. Süleymanov yanvardan digər kütləvi aksiyaları keçirəcəklərini də bildirib. Xatırladaq ki, tələbələrin iddiası üzrə yanvarın 12-də Binəqədi Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR