Bank Of Baku

Bakıda qətlə yetirdiyi qadının cəsədini parçalayaraq şəhərin müxtəlif hissələrinə atan şəxsin kimliyi müəyyənləşib

Bakıda qətlə yetirdiyi qadının cəsədini parçalayaraq şəhərin müxtəlif hissələrinə atan şəxsin kimliyi müəyyənləşib
# 29 dekabr 2006 15:37 (UTC +04:00)
Bakının Yasamal rayonunda noyabrın 1-də vəhşiliklə qətlə yetirilmiş qadının qatilinin kimliyi müəyyənləşib. Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, öldürüldükdən sonra cəsədi bir neçə yerə parçalanmış qadının şəxsiyyəti də dəqiqləşib, lakin istintaq sirri səbəbilə mərhumun adı açıqlanmır. Qatilin şəxsiyyəti isə istintaqa tam məlumdur, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində ortaya çıxan sübutlar qətli həmin şəxsin törətdiyinə dəlalət edir: “Ancaq həmin şəxs respublika hüdudlarından kənardadır. Məlum olub ki, həmin şəxs qətli törədəndən beş gün sonra ölkə ərazisini tərk edib, başqa ölkədə gizlənib. Hazırda onun tutulub Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür”. Qeyd edək ki, sözügedən qadın noyabrın 1-də öldürülüb. Onun meyitinin baş və ayaq hissəsi qətldən bir gün sonra İdman Konsert Kompleksinin yanındakı parkdan, gövdəsi isə Yeni Yasamalda Yuxarı dairə adlanan ərazidən tapılıb. Bədənin digər hissələri indiyədək tapılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR