Bank Of Baku

Sintez-Kauçuk Zavodunda baş vermiş partlayışda iki nəfər ölüb, 4 nəfər yaralanıb

Sintez-Kauçuk Zavodunda baş vermiş partlayışda iki nəfər ölüb, 4 nəfər yaralanıb
# 29 dekabr 2006 21:27 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində 1947-ci il təvəllüdlü Qafur Mikayıl oğlu Əliyev, 1965-ci il təvəllüdlü Əntiqə Məhəmmədəli qızı Qasımova, 1956-cı il təvəllüdlü Fikrət Həsən oğlu Həsənov və 1951-ci il təvəllüdlü Salam Əhməd oğlu Əhmədov müxtəlif dərəcəli yanıq xəsarətilə Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə yanğınsöndürmə və qəza-xilasetmə məqsədilə Sumqayıt və Bakı şəhərinin müxtəlif rayonlarından 15-dən çox yanğınsöndürmə avtomobili, həmçinin Mülki Müdafiə Qoşunlarının 235 nəfər şəxsi heyət üzvü və 12 ədəd müxtəlif texnikası cəlb edilib. Qəzanın baş verdiyi ərazidə xilasetmə işlərini həyata keçirən xilasedicilər, təxminən saat 21:00 radələrində iki nəfərin cəsədini aşkar edib. Yanğın lokallaşdırılıb, lakin yanğın mərkəzində davam edir. Hadisənin səbəbləri yanğınsöndürmə işləri başa çatdıqdan sonra digər dövlət qurumları ilə birlikdə araşdırlacaq. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda cədi aşkarlanmış əməkdaşların kimliyinin müəyyənləşdirilməsi prosesi gedir. Qəzadan Sumqayıt şəhərinin zərər çəkməsi ehtimalı aşağıdır, çünki Sintez-Kauçik zavodu Sumqayıtın yaşayış massivlərindən xeyli uzaqdadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR