Bank Of Baku

Beyləqanda 6 yaşlı uşağın tikə-parça edilmiş cəsədi kanaldan tapılıb

Beyləqanda 6 yaşlı uşağın tikə-parça edilmiş cəsədi kanaldan tapılıb
# 05 yanvar 2007 18:49 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, 2001-ci ildə anadan olmuş Tehran Famil oğlu Bəhramovun cəsədi doğranmış halda Yeni Xan qızı (Horadiz-Ağcabədi Baş Mil kimi tanınan) kanalından tapılıb. Valideynləri onun itkin düşməsi haqda yanvarın 1-də saat 16.00 radələrində Xocavənd Rayon Polis Şöbəsinə məlumat veriblər. Müxtəlif ehtimallar üzərində çalışan asayiş keşikçiləri uşağın qəsəbənin yaxınlığındakı kanala düşməsi ehtimalı üzərində dayanaraq, axtarış əməliyyatı keçiriblər. İki günlük axtarışdan sonra əvvəlcə Tehran Bəhramovun başı aşkarlanıb. Daha sonra isə bədəninin müxtəlif hissələri tikə-tikə edilmiş halda kanalın ayrı-ayrı yerlərindən tapılıb. Beyləqan Rayon Polis Şöbəsinin rəis müavini Mürşüd Alkərimovun APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, qətlə yetirilmiş uşağın bədəninin tapılmayan hissələrinin axtarışı davam etdirilir. Faktla bağlı Beyləqan Rakyon Prokurorluğunda cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR