Bank Of Baku

Sintez-Kauçuk Zavodunda baş vermiş partlayışda ölənlərin sayı üçə yüksəlib

Sintez-Kauçuk Zavodunda baş vermiş  partlayışda ölənlərin sayı üçə yüksəlib
# 06 yanvar 2007 15:56 (UTC +04:00)
APA-nın Azərtac Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov bildirib. Onun sözlərinə görə, 1947-ci il təvəllüdlü, Qafur Mikayıl oğlu Əliyev xəstəxanada dünyasını dəyişib. Hazırda klinikada müalicə olunan Fikrət Həsənov, Əntiqə Qasımova və Salam Əhmədovun isə vəziyyəti orta ağırdır, onlar stansionar müalicə alırlar.
Qeyd edək ki, 2006-cı il dekabrın 29-da Sumqayıtdakı Sintez-Kauçuk Zavodunun qurğularından birində yanğınla nəticələnmiş partlayış baş verib. Nəticədə hadisə yerində fəhlələrdən Şükufə Mustafayeva və Samirə Şıxəliyevanın cəsədləri tapılıb, 4 nəfər isə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR