Bank Of Baku

Qarabağ müharibəsi əlili Rasim Əlişovun ölümündə təqsirli bilinən polislər barədə cinayət işi məhkəməyə göndərilib

Qarabağ müharibəsi əlili Rasim Əlişovun ölümündə təqsirli bilinən polislər barədə cinayət işi məhkəməyə göndərilib
# 08 yanvar 2007 10:20 (UTC +04:00)
Qarabağ müharibəsində əlil olmuş Rasim Əlişovun ölümündə təqsirli bilinən Mingəçevir Şəhər Polis İdarəsinin 4 əməkdaşı barəsindəki cinayət işinin istintaqı yekunlaşıb və baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bu haqda APA-ya Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. R. Əlişovun ölümü ilə bağlı idarənin cinayət-axtarış bölməsinin rəisi İlqar Abbasov, bölmənin əməliyyat müvəkkili Elçin Musayev və polis nəfəri Ramiz Murquzov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan olunub. Məhkəmədən isə APA-ya bildirilib ki, cinayət işinin materialları məhkəməyə daxil olsa da, hələlik baxılmaq üçün icraata verilməyib. Xatırladaq ki, R. Əlişovun iyulun 25-də polis idarəsinin binasında döyülərək öldürülməsindən sonra daxili işlər nazirinin əmri ilə orada xidməti təhqiqat aparılıb. Təhqiqatın rəyindən sonra nazir Ramil Usubovun əmri ilə İ. Abbasov tutduğu vəzifədən və daxili işlər orqanlarından, E. Musayev isə tutduğu vəzifədən azad olunub. Üç polis əməkdaşına isə töhmət verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR