Bank Of Baku

Xanlarda yeni məktəb binalarının tikintisi davam etdirilir

Xanlarda yeni məktəb binalarının tikintisi davam etdirilir
# 15 yanvar 2007 08:40 (UTC +04:00)
Xanlar rayonunda yeni məktəb binalarının tikintisi davam edir. Bu günlərdə rayonda Təhsil Nazirliyin xətti ilə tikilən 560 şagirdlik məktəb binası təhvil verilib. Əsası 1965-ci ildə qoyulmuş 1 saylı orta məktəbin yeni binasının tikintisi isə növbəti tədris ilinə kimi başa çatacaq. Xanlar rayon Təsil İdarəsinin rəisi Altay İsmayılovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hazırda Xanlarda 820 şagird üçün nəzərdə tutulmuş yeni məktəbin tikintisi davam edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən tikinti işləri üçün bu günə kimi 960 min manat məbləğində vəsait sərf olunub. Yeni tikilən məktəbin zirzəmisində hərbi hazırlıq dərsləri və mülki müdafiə tədbirlərinin həyata keçirilməsi üçün xüsusi tədris otaqları inşa olunur. Bundan başqa rayonun Qırıxlı kənd məktəbində əsaslı təmir işləri başa çatıb. Kənd məktblərinin əksəriyyətində aparılan əsaslı təmir işləri yeni tədris ilinə kimi başa çatdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR