Bank Of Baku

Xanlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış binasının tikintisi bu ilin ikinci yarısında başa çatacaq

Xanlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış binasının tikintisi bu ilin ikinci yarısında başa çatacaq
# 15 yanvar 2007 08:41 (UTC +04:00)
Xanlar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ikimərtəbəli yaşayış binaları tikilir. Xanlar rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən APA-nın Qərb bürosuna verilən məlumata görə hər bina 2-3 otaqlı 16 mənzildən ibarət olacaq. Hazırda Xanlar rayonunda 80 nəfər Qarabağ əlili və 127 şəhid ailəsi var. Onlardan 50 nəfəri ev növbəsindədir. Binalara texniki baxış keçirildikdən sonra mənzillər sahiblərinə paylanacaq. Yaşayış binasının bu ilin ikinci yarısında təhvil verilməsi nəzərdə tutulur. Bundan əlavə, kənd yerlərində yaşayan əlillər üçün xüsusi evlərin tikilməsi də planlaşdırılıb. Hazırda kənd yerlərində yaşayan 11 Qarabağ əlili mənzil növbəsindədir. Bu il bu kateqoriya əlillər üçün bir mənzil inşa edilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR