Bank Of Baku

Parisdə AŞPA-nın Qadınlar və Kişilərin Hüquqlarının Bərabərliyi Komitəsinin iclası keçirilib

Parisdə AŞPA-nın Qadınlar və Kişilərin Hüquqlarının Bərabərliyi Komitəsinin iclası keçirilib
# 15 yanvar 2007 15:43 (UTC +04:00)
Fransa paytaxtında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Qadınlar və Kişilərin Hüquqlarının Bərabərliyi Komitəsinin iclası keçirilib. İclasda ölkəmizi millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elmira Axundova təmsil edib. Toplantıda rusiyalı deputat Vera Oskina tərəfindən hazırlanmış Cənubi Qafqazda qadınların vəziyyətinə dair məruzə müzakirə olunub. Bu barədə APA-ya açıqlama verən millət vəkili Elmira Axundovanın sözlərinə görə, məruzəyə təklif etdiyi dəyişikliklərin hamısı qəbul olunub. “Müzakirələrin yekunundan çox məmnunam. Məruzəçi və komissiya üzvləri yalnız bir təkliflə razılaşmadılar. Məruzənin bir neçə bəndində ifadələr yumşaldıldı. “Cənubi Qafqazda qadınlar işə düzələrkən ayrı-seçkiliklə üzləşir və bu kütləvi xarakter daşıyır” ifadəsi də ciddi diskussiyaya səbəb oldu. Mən bəyan etdim ki, Azərbaycanda vəziyyət heç də belə deyil. Bizdə gender bərabərliyi haqqında qanun qəbul edilib, ayrı-seçkilik, həmçinin maaşda mümkün ayrı-seçkilik qanun ilə cəzalandırılır”. Elmira Axundova qeyd olunan ifadənin “qadınların ayrı-seçkiliyə məruz qaldıqları hallar olur” kimi ifadə ilə dəyişdirilməsini təklif edib. “Qızğın diskussiya nəticəsində kompromis variant kimi “işədüzəlmə prosesində qadınlar tez-tez ayrı-seçkiliklə üzləşir” ifadəsi qəbul edildi. Məruzədə 2010-cu ildə parlament üzvlərinin 15 faizini, 2020-ci ildə isə 30 faizini qadınların təşkil etməsi barədə fikir vardı, lakin mən bu fikirlə razılaşmadım. Bildirdim ki, bu, Azərbaycan üçün bu real deyil, Azərbaycanda proporsional seçki sistemi olmadığı üçün qadınları partiya siyahısına daxil etmək imkanı yoxdur. Mənim təklifimlə tövsiyədən rəqəmlər çıxarıldı”. Toplantının sonunda komissiya Vera Oskinanın məruzəsini qəbul edib. Toplantıda məruzənin AŞPA-nın aprel sessiyanın gündəliyinə salınması tövsiyə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR