Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə və 6 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə və 6 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər
# 16 yanvar 2007 16:12 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları daxil olmuş müraciətlərin araşdırılması, habelə cəzaçəkmə müəssisələrinin vəziyyəti ilə tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparatın əməkdaşları müəssisə rəhbərliyi, həmçinin orada müalicə alan məhkumlarla təkbətək görüşüb və onların problemləri ilə maraqlanıblar. Araşdırma zamanı istintaq altında olan Q. T. polis tərəfindən saxlanılarkən ona güc tətbiq edilməsindən, eyni zamanda istintaqın qeyri-obyektiv aparılmasından şikayət edib.
Ombudsman Aparatının əməkdaşları eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinə də baxış keçirib, orada məhkumların saxlanılma şəraitini araşdırıblar. Həmin müəssisədə cəza çəkən Q. S. Müvəkkilə müraciət edərək, müalicə olunması üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməsində yardımçı olmasını xahiş edib. Müvəkkil hər iki məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət edib. Ombudsmanın nümayəndələri həmçinin Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST) da baxış keçirib, saxlanılan şəxslərlə görüşərək təkbətək söhbət aparıb, onların saxlanılma şəraiti, qidalanması, göstərilən tibbi xidmətlə maraqlanıblar. Həm məhkumlar, həm də saxlanılan şəxslər saxlanılma şəraitindən şikayətlərinin olmadığını, onlara qarşı zorakılıq hallarına yol verilmədiyini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR