Bank Of Baku

Türkiyə və Rusiya telekanallarının Azərbaycan ərazisində yayımının dayandırılması barədə MTRŞ-nin qərarı həmin dövlətlərin ölkəmizdəki səfirliklərinə çatdırılıb

Türkiyə və Rusiya telekanallarının Azərbaycan ərazisində yayımının dayandırılması barədə MTRŞ-nin qərarı həmin dövlətlərin ölkəmizdəki səfirliklərinə çatdırılıb
# 16 yanvar 2007 16:16 (UTC +04:00)
“Türkiyənin “Saman Yolu” (STV) və Rusiyanın RTR-Planeta, ORT telekanallarının iyulun 1-dən Azərbaycan ərazisində yayımının dayandırılması barədə çıxarılan qərar həmin dövlətlərin ölkəmizdəki səfirliklərinə çatdırılıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Milli Teleradio Şurasına məlumat verib”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, Teleradio Şurası qərarında qətidir və qarşı tərəflər xəbərdarlıq edildiyindən, bu məsələ tam hüquqi qüvvəyə minib.
Qeyd edək ki, mövcud razılaşmaya görə, xarici telekanallarının Azərbaycan ərazisində yayımının dayandırılması barədə qərar çıxarılarsa, bununla bağlı xəbərdarlıq 6 ay öncə qarşı tərəfə çatdırılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR