Bank Of Baku

Zaqatalada oğurluqla məşğul olan şəxs həbs edilib

Zaqatalada oğurluqla məşğul olan şəxs həbs edilib
# 16 yanvar 2007 16:17 (UTC +04:00)
Zaqatala rayonunda oğurluqla məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, 1980-ci il təvəllüdlü Zaqatala rayon sakini Hüseynov Firuz Qəhrəman oğlu Zaqatala şəhər sakini Vəli Qurbanova məxsus “VAZ-21011” markalı avtomaşından maqnitofon və maşına məxsus barı oğurlayıb. RPŞ əməkdaşlarının səyi nəticəsində F.Hüseynov hadisə baş verən günü həbs edilib. Ilkin istintaq zaman F.Hüseynov etdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində CM-nin 177.1 maddəsi ilə cinayət işi qaldırılıb və araşdırma aparılır. F.Hüseynovun rayon ərazisinə baş verən bir sıra oğurluq hadisələrində də iştirak etdiyi güman edilir. RPŞ-dən APA-ya verilən məlumata görə, F.Hüseynovun törətdiyi oğurluq hadisəsi onun ikinci cinayətidir və o, əvvəllər də CM nin 221.3 maddəsi ilə məhküm olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR