Bank Of Baku

Dünyanın ən yaşlı qadını vəfat edib

Dünyanın ən yaşlı qadını vəfat edib
# 16 yanvar 2007 16:54 (UTC +04:00)
Dünyanın ən yaşlı qadını, Dərbənd sakini Sərhad Rəşidova bu gün 131 yaşında vəfat edib. APA-nın “Ria-Dağıstan” agentliyinə istinadən yaydığı məlumata görə, Sərhad Rəşidova 80 yaşlı ögey oğlunun evində dünyasını dəyişib. 131 yaşlı qadının heç zaman səhhətindən şikayət etmədiyi bildirilir. Qadının 131 yaşında olmasını üç il bundan əvvəl Dərbənd rayon daxili işlər idarəsinin verdiyi pasport təsdiqləyir. Sənəddə Sərhad Rəşidovanın doğulduğu yer və anadan olduğu gün barədə qeyd öz əksini tapmayıb, yalnız 1875-ci ildə anadan olduğu qeyd edilib. Dərbənd rayon administrasiyasının rəhbəri Qurban Qurbanov yanvarın 12-də 131 yaşlı qadına baş çəkib. O bildirib ki, dünyanın ən yaşlı qadını kimi Sərhad Rəşidovanın adının Ginnesin rekordlar kitabına daxil edilməsinə çalışacaq. Lakin, Dərbənd rəhbərliyi bu faktın tanınmasına imkan tapa bilməyib. Sərhad Rəşidova ikinci əri vəfat etdikdən sonra 50 il Dərbəndin Yuxarı Zidyan kəndindəki evində tənha yaşayıb. Onun yeganə ögey oğlu, nəvə və nəticələri Sərhad Rəşidovaya tez-tez baş çəkiblər. Dünyanın ən yaşlı qadını ahıl yaşlarına kimi kolxozda işləyib, səhhətindən heş zaman şikayətlənməyib və heç zaman dərman preparatı qəbul etməyib. Qeyd edək ki, hazırda Ginnesin rekordlar kitabına görə, dünyanın ən yaşlı insanı 115 yaşlı Puetro-Riko sakini Emilyano Merkado del Torro hesab olunur. Bundan əvvəlki rekord isə 2006-cı il dekabrın 11-də vəfat etmiş 116 yaşlı ABŞ vətəndaşı Elizabet Boldenə məxsus olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR