Bank Of Baku

Balakəndə ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib

Balakəndə ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib
# 17 yanvar 2007 09:35 (UTC +04:00)
Dünən axşam saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon polis şöbəsindən məlumat verilib. Axşam saat 19.30 radələrində, Zaqatala-Balakən yolunun 25-ci kilometrliyində Balakən rayon Qullar kənd sakini Xəlilov Fazil Səid oğlu idarə etdiyi “VAZ-21021” markalı avtomaşınla həmkəndlisi, 1960-cı il təvəllüdlü Xitiyeva Asmat Musa qızını vurub. Piyada hadisə yerindəcə keçinib. Faktla bağlı Balakən rayon polis şöbəsində cinayət işi başlanıb və araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR