Bank Of Baku

“Azərbaycan” nəşriyyatında çap xərci qəzetlərin tirajından asılı olaraq qaldırılacaq

“Azərbaycan” nəşriyyatında çap xərci qəzetlərin tirajından asılı olaraq qaldırılacaq
# 17 yanvar 2007 09:52 (UTC +04:00)
“Azərbaycan” nəşriyyatı çap xərclərinin artırılması məsələsində tərəddüd edir. Ona görə də qiymətlərin qaldırılması bir qədər ləngiyə bilər”. Bu fikirləri APA-ya açıqlamasında “Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova verib. Bu gündən nəşriyyatın yeni çap qiymətlərini elan edəcəyinin nəzərdə tutulduğunu deyən B. İsmayılova hesablamaların başa çatmadığını vurğulayıb: “Biz hər bir qəzetin çap xərclərinə fərdi yanaşırıq, onun maya dəyərinə daxil olan xərcləri hesablayırıq. Qəzetə sərf olunan elektrik enerjisi, qaz və suyun dəyərini nəzərə alınır. Hər qəzetin çap qiyməti onun tirajından asılı olaraq qaldırılacaq”. B. İsmayılova yanvarın sonuna kimi yeni qiymətlərin elan edilməsini mümkün sayıb. O, bununla bağlı əvvəlcədən qəzet rəhbərlərinə hər hansı xəbərdarlığın edilməyəcəyini də bildirib. Nəşriyyatda icarə veriləcək otaqların qiymətinin nə qədər artırılacağına gəldikdə, B. İsmayılova 50 faiz artımın nəzərdə tutulduğunu və bunun yaxın günlərdə elan olunacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR