Bank Of Baku

Vəkillər Kollegiyası dövlət təyinatı ilə işə çıxan vəkillərə ödənilən məbləğin artırılmasını təklif edir

Vəkillər Kollegiyası dövlət təyinatı ilə işə çıxan vəkillərə ödənilən məbləğin artırılmasını təklif edir
# 17 yanvar 2007 09:53 (UTC +04:00)
Azərbaycanda dövlət təyinatı ilə işə çıxan vəkilə hər saat üçün 99 qəpik ödənilir. Vəkillər Kollegiyasından APA-ya bildiriblər ki, bu məbləğin 2 manata çatdırılması üçün aidiyyəti qurumlara təklif verilib. Hələlik təklifə baxılmayıb. Vəkillər Kollegiyasının üzvü Fuad Ağayev hesab edir ki, əksər dövlətlərdə olduğu kimi, Azərbaycanda da ictimai vəkillər qurumu təsis olunmalıdır: “Bu qurumda əsas etibarilə gənc, perspektivli hüquqşünaslar təcrübəli vəkillərin nəzarəti altında fəaliyyət göstərməlidir. Qurum dövlət tərəfindən maliyyələşdirilməli, onun regionlarda nümayəndəlikləri açılmalıdır. Belə olarsa, müdafiə də səmərəli təşkil oluna bilər”. F. Ağayevin sözlərinə görə, istintaqda, məhkəmədə vətəndaşların hüquqları çox vaxt dövlət tərəfindən təyin olunmuş vəkillər tərəfindən pozulur: “Belə ki, istintaq zamanı təqsirləndirilənlər çox vaxt ifadə vermir, onlara təqdim olunmuş müəyyən sənədlərə imza atmaqdan imtina edirlər. Bu halda onların təyinatlı vəkilləri təqsirləndirilənlərin əvəzinə istintaq tərəfindən hazırlanmış ifadələri və digər sənədləri imzalayırlar”. Vəkil F. Ağayev bildirib ki, bir qisim mütəxəssis dövlət təyinatı ilə işə çıxan vəkillərə cinayət işlərinə çıxan dövlət ittihamçılarına verilən məvacib qədər əməkhaqqı ödənilməsini təklif edir. Vəkil Vüqar Xasayev də bu problemin aktual olduğunu vurğulayıb və qeyd edib ki, məsələ dövlət tərəfindən tənzimlənməlidir. ABŞ təcrübəsinə istinad edən vəkilin sözlərinə görə, bu ölkədə maddi imkanı olmayan vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi üçün xüsusi departament yaradılıb: “Həmin departamentin vəkillərinə dövlət ittihamçılarına verilən məvacib qədər əməkhaqqı ödənilir. Onlar üçün ay ərzində neçə işə çıxmaq maraqlı deyil. Belə olan halda keyfiyyətli hüquqi yardım da göstərmək mümkündür. Azərbaycanda belə bir model tətbiq olunarsa, vəkillər arasında təyinat üzrə işə çıxmaq üstündə hətta dava düşər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR