Bank Of Baku

“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verməyib

“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verməyib
# 17 yanvar 2007 10:22 (UTC +04:00)
“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin (Sakit Zahidovun) barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verilməyib. Vəkil Vüqar Xasayev APA-ya bildirib ki, kassasiya instansiyasında Mirzə Sakitin hüquqlarının müdafiəsi ilə bağlı onunla müqavilə imzalanmayıb. Müqavilə olmadığından onun hökmdən kassasiya şikayəti verməsi qeyri-mümkündür. Vəkil həmçinin qeyd edib ki, Mirzə Sakit özü də hələlik məhkəməyə şikayət verməyib. Vəkilin sözlərinə görə, Mirzə Sakitin ailəsi onunla müqavilə bağlanacağını bildiriblər.
Xatırladaq ki, Mirzə Sakit Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR