Bank Of Baku

Hacı Məmmədovun məhkəməsi sabah hökmün elan olunması ilə davam etdiriləcək

Hacı Məmmədovun məhkəməsi sabah hökmün elan olunması ilə davam etdiriləcək
# 17 yanvar 2007 10:42 (UTC +04:00)
APA-nın məlumatına görə, ikinci hissədə hakimlər Əlövsət Abbasov və Sədrəddin Hacıyev ayrı-ayrı epizodlar və şahid ifadələri əsasında toplanmış sənədləri elan ediblər. Hökmün elan olunması yanvarın 18-də davam etdiriləcək. Qeyd edək ki, bu iş üzrə istintaq materialları 262 cilddən ibarətdir. Cinayət işi üzrə məhkəmə istintaqı 6 ay davam edib. Cinayət işi üzrə 45 nəfər zərərçəkmiş, 191 nəfər şahid kimi tanınıb. Dövlət ittihamçıları bir sıra ağır qətllər, adam oğurluğu və digər cinayətlərdə ittiham olunan dəstə üzvlərindən 10 nəfərinə ömürlük, 13 nəfərinə 10 ildən 15 ilədək, zamində olan şəxslərin isə 2-5 il müddətinə azadlıqdan məhrum edilməsinə istəyib. Dövlət ittihamçıları 92 maddə ilə ittiham olunan Hacı Məmmədova üst-üstə 293 il cəza verilməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR