Bank Of Baku

Gəncədə “ailə yataqxanası” kimi tanınan binanın qadın sakinləri şəhər rəhbərliyindən sosial problemlərin həllini tələb ediblər

Gəncədə “ailə yataqxanası” kimi tanınan binanın qadın sakinləri şəhər rəhbərliyindən sosial problemlərin həllini tələb ediblər
# 17 yanvar 2007 11:12 (UTC +04:00)
Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 4-cü döngədə yerləşən “ailə yataqxanası” kimi tanınan binaların qadın sakinləri üzləşdiyi sosial problemlərlə bağlı şəhər icra hakimiyyəti qarşısında gələrək qurumun rəhbəri Eldar Əzizovla görüşmək istədiklərini bildiriblər. APA-nın Qərb bürosunun məlumatına görə, şikayətçiləri Gəncə şəhər icra hakimiyyəti başçısının təsərrüfat məsələləri üzrə müavini Şahmalı Cavadov qarşılayıb. Problemləri dinlədikdən sonra Şahmalı Cavadov və Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyev şikayətçilərlə birgə onların yaşadığı əraziyə yollanıblar. Qadınlar yaşadıqları binada normal şərait olmadığını, soyuq havada sakinlərin evləri qızdırmaq üçün yalnız elektrik enerjisindən istifadə ediklərini deyiblər. “Elektrik enerjisinin qiyməti qaldırıldığına görə, ödəniş edə bilmirik. Bundan başqa evlərimizə gündə yalnız bir saat su verilir. Kanalizasiya xətləri isə yararsız vəziyyətdir. Biz istəyirik ki, istisna olaraq bu tip binalar üçün verilən elektrik enerjisinin qiyməti əvvəlki qiymətlə hesablansın”. İcra hakimiyyəti başçısının müavini Şahmalı Cavadov sakinlərin elektrik enerjisinin qiymətinin 50 faiz aşağı qiymətlə hesablanmasını istədiklərini, lakin bunun mümkün olmayacağını bildirib. “Biz bu binanın bir neçə problemlərini həll etməyə çalışacağıq. Binanın kanalizasiya xətləri təmizlənəcək və yağışın qarşısını almaq üçün dam örtüyündəki qırıq yerlər bərpa olunacaq”. Şahmalı Cavadov binanın dəhlizlərinin işıqlandırılması üçün tədbir görüləcəyini söyləyib. “Bunun üçün binaya ümumi bir sayğac quraşdırılacaq. Ancaq bu sayğaca əlavə olunacaq pul ya Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyi, ya da sakinlərin özləri tərəfindən ödəniləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR